"Mən İrana 1-ci dəfə keçən ilin yanvar ayının 4-ü getmişdim. Öz səhhətimlə bağlı həkimlərə müraciət etmişdim. Siqaret çox çəkirdim deyə ciyərlərim ağrıyırdı”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri ARB TV-nin "Səhər-səhər” proqramına qonaq müğənni Kərim Abbasov deyib. Hər zaman maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, səhhətində yaranan ciddi problemdən söz açıb:
"Həkim mənə dedi ki, bala, sənin axırın yoxdur. Siqareti at, yoxsa həkimlərdə qalacaqsan. Odu-budu 6 aydır ki, siqareti atmışam. Məşq edirəm və kökəlməyim vacib surətdə lazımdır. Uşaqlar da sağolsunlar qulluğumda durdular”.