Xəbər verdiyimiz kimi, İsrail qüvvələri İordan çayının qərb sahilindəki xəstəxanaya hücum ediblər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, reyd zamanı HƏMAS üzvü olduğu iddia edilən 3 fələstinli həlak olub.
Fələstin Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında beynəlxalq insan haqları təşkilatlarını İsrailin Fələstinə qarşı cinayətlərinə son qoymağa çağırıb.
Bildirilib ki, mülki geyimli, həkim və tibb bacısı geyimində olan 10-a yaxın İsrail xüsusi təyinatlısı xəstəxanaya daxil olaraq 3-cü mərtəbəyə qalxaraq susdurulmuş silahlarla 3 fələstinlini qətlə yetiriblər.
Həmin anın görüntülərini təqdim edirik:
Mikayıl