Həkim-reanimotoloq: “Xəstələri ağciyər çatışmazlığından itiririk”

SAĞLAMLIQ
17:58 21.08.2020
951
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox COVID-19 xəstələrini ağciyər çatışmazlığından itiririk”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik klinikasınının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, müddət uzandıqca ağciyərin sağalması gecikir və fibrozlaşma deyilən vəziyyət başlayır:

"Əsas ölüm səbəbi budur”.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov isə bildirib ki, ölüm halı daha çox yaş və yanaşı xəstəlikləri olan şəxslərlə bağlı qeydə alınır.

OXŞAR XƏBƏRLƏR