Türkiyənin Bakırköy Xəstəxanasında həkimin burnunu qıran kişi məhkəmə zalından sərbəst buraxılıb.
AZXEBER.COM "HaberGlobal"a istinadən xəbər verir ki, ona yaxşı baxmadığını iddia edən xəstə həkim Burak Altunpakın burnunu sındırıb.
Məhkəmə zamanı Fırat.Y etdiyi əmələ görə üzr istəyib: ”Ani olaraq özümdən çıxdım. Həmin an məndən asılı olmayaraq həkimi vurduğum üçün üzr istəyirəm. Mənə xərcəng xəstəsi olduğumu və təcili əməliyyat olunmam gərəkdiyini dedilər. Müayinə üçün həkim Burak.A növbəsinə yazıldım. İçəri girərkən mənə çox kobud şəkildə otaqdan çıxmağımı tələb etdi. Qapını çırpıb çölə çıxanda arxamça gələrək məni çağırdı. Qolumdan tutduğu üçün onu vuraraq burnunu sındırdım".

Şikayətçi olan həkim deyilən iddiaları yalanlayıb: "Xəstələr çox olduğu üçün ona günortadan sonra gəlməsini dedim. Gələ bilməyəcəyini deyəndə növbəsinin olmadığı halda bazar ertəsi gəlməsini bildirdim. Etməli olduğun şey 2 kağız parçasına baxıb mənə bir cavab verməyindi dedi. Bu zaman xəstələrin yanında mənimlə düzgün danışmasını tələb etdim. Ondan sonra burnumu sındırdı”.
Məhkəmənin qərarı ilə Fırat.Y sərbəst buraxılıb.
Mələk Cabbar