Həkimdən XƏBƏRDARLIQ: “Arıqlamaq istəyərkən hamilə qala bilərsiniz”

SAĞLAMLIQ
09:53 02.04.2024
593
Alimlər uzun araşdırmadan sonra maraqlı nəticə ilə qarşılaşıblar. Məlum olub ki, "Ozempic” adlı dərman vasitəsilə arıqlayan qadınlar kütləvi şəkildə hamilə qalmağa başlayıblar. 

Hollivud məşhurları da daxil olmaqla, bir çox insanın arıqlamaq üçün istifadə etdiyi diabet dərmanı "Ozempic” və onun analoqlarının daha bir əks-təsiri aşkar edilib.

Dərmandan arıqlamaq üçün istifadə edən qadınlar hamilə qaldıqlarını və uşaq dünyaya gətirdiklərini bildiriblər. 

Bir çox qadın hamiləlik xəbərinin onlar üçün tamamilə sürpriz olduğunu etiraf edib. Reproduktiv tibb və piylənmə sahəsində həkimlər diabet dərmanları ilə çəki itirərkən qadınlarda məhsuldarlığın artması tendensiyası müşahidə etdiklərini bildiriblər. 

Mütəxəssislər səbəblərdən biri kimi "Ozempic”in çəkiyə təsirini göstəriblər: qadınlar arıqladıqda, piylənmə və metabolik pozğunluqların yaratdığı hormonal balans bərpa olunur.

Bu dərman ölkəmizdə də istifadə olunur.

Məsələ ilə bağlı fikirlərini Bizim.media bölüşən həkim-ginekoloq Təranə Həsənova bildirib ki, adı çəkilən dərman Azərbaycanda da kifayət qədər populyardır:

"Qadınlar çəki atmaq üçün bundan çox istifadə edirlər. Bu dərman həm də şəkəri stabilləşdirir. İnsulin müqaviməti olan qadınlar da bundan istifadə edirlər. Bu, şəkərin ilkin mərhələsində kömək edir. Amma "Ozempic” qəbul edəndə qadınlar asanlıqla hamilə qalırlar. 

Ona görə ki, bu dərmandan istifadədən sonra orqanizmdə təkcə şəkər stabilləşmir, həm də həmin qadınlar xeyli çəki ata bilirlər. Bundan sonra isə orqanizmdəki maddələr mübadiləsi normal vəziyyətə gəlir. Orqanizmdə hər şey öz normal qaydasına gəldiyi üçün də istənilən qadın asanlıqla hamilə qala bilir. Yəni arıqlamaq üçün istifadə edilən bəzi dərmanlar, o cümlədən "Ozempic”dən istifadədən sonra qadınlarda hamilə qalma riski kifayət qədər yüksək olur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb