Həkimdən xəbərdarlıq: "Yayda dönərdən az istifadə edin"

Həkimdən xəbərdarlıq: "Yayda dönərdən az istifadə edin"
SOSİAL
19:46 23.06.2022
241
Bəzi ictimai-iaşə obyektlərində soyuq zəncirvari sistem qorunmur. Bu səbəbdən də yay aylarında qida zəhərlənmələri artır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova bildirib ki, xüsusi ilə dönər və digər "fast-food” satışı həyata keçirilən yerlərdə bu qaydalara əməl olunmur:

"Dönərxanalarda ət, mayonez kimi məhsullar daimi olaraq soyuducuda saxlanılmadığına görə öz keyfiyyətini itirir. Yay aylarında bütün məhsullar qısa zamanda xarab olur. Belə risklərə görə gigiyenik normativlərə tam əməl olunmalıdır. Yaxşı olar ki, yay aylarında dönər və digər ayaqüstü qidalardan mümkün qədər az istifadə edilsin. Çünki adi halda insanlar dönərin və ya bu tipli qidaların hazırlandığı məhsulların keyfiyyətini öyrənə bilməz. Bu səbəbdən də mümkün qədər ehtiyatlı olmaq lazımdır”.

Ehtiyatı əldən verən və zəhərlənən insanlara tibbi yardımlar fərqli tətbiq olunmalıdır. Həkim A.Məmmədova sözlərində görə, belə hallarda böyüklərə və uşaqlara ayrıca yanaşma tələb olunur:

"Uşaqlarda zəhərlənmə baş verdiyi zaman çəkisinə uyğun olaraq, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilmiş kömür verilməlidir. Ev şəraitində uşağın mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşağa bol miqdarda maye verilməlidir. Əgər əlamətlər keçərsə, növbəti gün sahə pediatrına müraciət edilə bilər. Əks halda uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir. Yetkin insanlarda zəhərlənmə baş verdiyi zaman 10 ədəd aktivləşdirilmiş kömür əzib içmək lazımdır. Həmçinin bol miqdarda maye qəbulu vacibdir. Böyüklərdə qida zəhərlənməsi baş verdiyi zaman ev şəraitində mədəni yumaq və imalə etmək olar. Lakin bütün hallarda ən doğru addım zamanda həkimə müraciət etməkdir.

Zəhərlənmələrdən yayınmaq üçün qidaların satın alınması, hazırlanması, bişirilməsi və saxlanması qaydalarına, o cümlədən gigiyenaya diqqət edin!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm