Həkimlər klinik ölüm keçirən şəxsi həyata belə qaytardılar - ANBAAN VİDEO

Həkimlər klinik ölüm keçirən şəxsi həyata belə qaytardılar - ANBAAN VİDEO
SOSİAL
12:02 03.03.2025
452
Kliniki ölüm keçirən şəxs həyata qaytarılıb.
 
AZXEBER.COM xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Belə ki, Aqonal vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar.

Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər. Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər.

Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib. 

Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR