Həkimlərdən koronavirusla bağlı xəbərdarlıq: Əgər boğazınız ağrıyırsa...

SAĞLAMLIQ
12:33 13.07.2022
1809
Həkimlər boğaz ağrısı ilə bağlı xəbərdarlıq edib.

Dünyada 6,3 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyası mutasiyaya uğramış Omicron variantı ilə bir çox ölkədə təsirini yenidən artırır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər boğaz ağrısı şikayəti insanlara xəbərdarlıq edib.

Britaniya alimləri son vaxtlar bir çox ölkədə koronavirusa yoluxma hallarının artdığını qeyd edərkən boğaz ağrılarına diqqət çəkib:

"Boğaz ağrısı 5 gündən çox davam edərsə, bu, başqa bir infeksiyadan xəbər verir".

Mütəxəssislər boğaz ağrısının müxtəlif xəstəliklərdə müşahidə oluna biləcəyinə diqqət çəkərkən, həkimlərə, səhiyyə ocaqlarına getməyi tövsiyə ediblər.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR