Həkimlərdən "şübhəli" epidemiya ilə bağlı XƏBƏRDARLIQ - 21 nəfər öldü

Həkimlərdən "şübhəli" epidemiya ilə bağlı XƏBƏRDARLIQ - 21 nəfər öldü
DÜNYA
16:13 23.01.2023
250

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində "şübhəli" epidemiya nəticəsində 21 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, Əfqanıstanda gizli bir epidemiya can almağa başlayıb. Bədəxşan vilayətinin yerli hakimiyyət orqanları Vahan rayonunun Pamir bölgəsində "şübhəli" epidemiyanın yayıldığını və tibb qruplarının hələlik bunu aşkar etmədiyini açıqlayıb.

Son iki həftədə epidemiyaya tutulan 21 nəfərin öldüyünü qeyd edən səlahiyyətlilər xəstəliyin aşkarlanması üçün işlərin davam etdiyini bildirib.

Mütəxəssislər insanları müvəqqəti olaraq kütləvi yerlərə toplaşmamağa çağırıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR