Əsgər Eldar Novruzovun ailəsi əslən Füzuli rayonundandır. Sumqayıtda kirayədə yaşayırlar və sadə bir ailədədirlər.
Azərbaycan ordusunun çürüyərək dünyasını dəyişən əsgər Eldar Novruzovla bu gün Sumqayıtda kirayə qaldıqları binanın həyətində vida mərasimi keçirilib. AZXEBER.COM-un məlumatında görə, “Qafqazinfo.az”ın əməkdaşı da həmin mərasimdə iştirak edib. Mərasim bir neçə məqamı ilə diqqəti çəkib. Əməkdaşımız onları qeyd eləyib. Əsgər Eldar Novruzovun ailəsi əslən Füzuli rayonundandır. Sumqayıtda kirayədə yaşayıblar və sadə bir ailədədirlər. 19 yaşlı bu gəncin xidməti bitirməyinə bir neçə gün qalıb. Əsgər olmasına baxmayaraq vida mərasimində az sayda insan iştirak edib. Müdafiə Nazirliyindən heç bir şəxs mərasimə qatılmayıb, hətta meyitxanaya, məscidə belə öz maşınları ilə aparıblar. Bir nəfər yaxınlaşaraq Eldarın şəklini də təqdim edib: “Bu Eldarın əvvəlki şəklidir, üzünü bu günə salmamışdılar hələ”. Artıq heç bir qeyd etmədən onun fotosessiyasını təqdim edirik.