Həlak olan əsgər Bərdədə dəfn olunacaq

Həlak olan əsgər Bərdədə dəfn olunacaq
SOSİAL
13:09 07.03.2020
1984
Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

AZXEBER.COM Unikal.org-a istinadən  xəbər verir ki, mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 7-də "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.
OXŞAR XƏBƏRLƏR