‘Hələ ki, mənimlə duet oxuya biləcək elə bir müğənni yoxdu’

‘Hələ ki, mənimlə duet oxuya biləcək elə bir müğənni yoxdu’
MAQAZİN
14:03 08.02.2013
1544

Müğənni Ayaz Qasımov bu il üçün bir çox planı olduğunu söyləyib. AZXEBER.COM-a danışan müğənni yaxın zamanlarda yeni albomunun işıq üzü görəcəyini bildirib. Bununla yanaşı televiziya proyektinə hazırlaşdıqlarını dilə gətirən Ayaz aparıcısı olacağı verlişin şou xarakterli olduğunu bildirib.

Kanalın adını açıqlamayan müğənni, verlişin yaxın bir zamanda efirdə olacağını qeyd edib. Daha sonra yeni mahnılarına klip çəkdirməyi düşdüyünü deyən Ayaz Qasımov tam fərqli üslubda tamaşaçıların qarşısına çıxacağını söyləyib:

“Bu mahnılardan birisi “Sən də sevəcəksən gizlicə” adlı duetdir. Hansı ki, mən bu mahnını İsrail müğənnisi ilə səsləndirmişəm. Hal hazırda İsrail radiolarında və bizim radio dalğalarında dinləyə bilərsiniz. Yeni mahnım isə tam fərqli olacaq. Siz bu mahnıda Ayazı fərqli görəcəksiniz”. Şou-biznesdən kimlə duet oxumaq istərdiniz sualına isə Ayaz Qasımov, “Hələ ki, elə bir müğənni yoxdur. Bir müddət öncə planlaşdırmışdım. Ancaq sonra fikrimdən daşındım” söyləyib. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR