“Hələlik Foqtsu dəyişmək fikrimiz yoxdur” - AFFA prezidenti

İDMAN
14:31 04.09.2013
1009

“Bizim Berti Foqtsla müqaviləmiz hələ bitməyib. Almaniyalı mütəxəssis bu ilin dekabrına qədər postunda qalacaq”. 

Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Assosiasiya başçısı bu gün jurnalistlərə açıqlamasında yığmamızın baş məşqçi məsələsi ilə bağlı sualı cavablandırıb. Abdullayev millimizin hazırki çalışdırıcısı Berti Foqtsun postundan getməsi, onun xələfi kimi adı daha çox hallandırılan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun namizədliyi ilə də bağlı danışmaq istəməyib: “Bundan sonra 2-3 ay düşünməyə vaxtımız olacaq ki, Avro-2016-nın seçmə mərhələsi üçün baş məşqçi ilə bağlı qərar verək. Hələlik Foqtsu dəyişmək fikrimiz yoxdur. Hazırda bu məsələ gündəmdə deyil. Onun əvəzlənməsi ilə bağlı ad çəkməyək. Bu məsələyə İcraiyyə Komitəsi qərar verəcək. Hələlik isə baş məşqçi Foqtsdur.” AFFA prezidenti son vaxtlar Topaz Premyer Liqasının bəzi oyunlarında qeydə alınan xoşagəlməz hallara da münasibət bildirib və bu qalmaqalları pisləyib: “Məqsədimiz yaxşı futbolun göstərilməsidir. Bu dava-dalaşı salanlar futbolumuzun inkişafını gözü götürməyənlərdir. Onlar istəyirlər ki, təxribat törətsinlər. Amma belə halların qarşısının alınması üçün klublara da tapşırıqlar verilib”. //apasport

OXŞAR XƏBƏRLƏR