Helikopter qəzasının şəhid leytenantı - Anasının yetim böyütdüyü Abdullanın acı həyat hekayəsi - VİDEO

Helikopter qəzasının şəhid leytenantı - Anasının yetim böyütdüyü Abdullanın acı həyat hekayəsi - VİDEO
SOSİAL
12:36 01.12.2021
2175
Xızıdakı "Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasının şəhid hərbçiləri bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qəzada Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb.

Şəhid olan 14 hərbçidən biri leytenant Abdulla Telman oğlu Süleymanovdur.

AZXEBER.COM xəbər verir ki, əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdullanın dayısı Səbuhi Zamanov bacısı oğlu haqqında qısa da olsa, "modern.az”a danışıb:

"Abdulla Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirib, 22 yaşı vardı, subay idi. O, Vətən müharibəsində iştirak etmişdi, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə vuruşmuşdu”.

Müsahibimiz deyib ki, şəhid Abdulla Süleymanovun ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Ailə əvvəlcə Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşıb.

Uzun illər yataqxana şəraitində ağır məhrumiyyətlər içində yaşayan Abdulla bütün çətinliklərə rəğmən ali təhsil alıb, həm də çətin sahəni seçib - hərbçi peşəsinə yiyələnib.

Dayısı deyir ki, Abdullanın hərbi sahəni seçməsi səbəbsiz deyildi, doğma rayonu 28 il düşmən tapdağı altında olan bu gənc oğlan torpaqlarımızın azad edilməsini arzulayır, düşməndən qisas almaq üçün alışıb-yanırdı.

"Vətən müharibəsinə də o amalla qatılmışdı. Doğma Cəbrayıl işğaldan azad ediləndə Abdullanın sevincinin həddi-hüdudu yox idi”.

Uzun illər Texniki Universitetin yataqxanasında yaşamağa məcbur olan şəhid Abdulla Süleymanovun ailəsi, nəhayət, bir müddət əvvəl Qobu qəsəbəsində salınmış köçkün şəhərciyində mənzillə təmin olunub. Amma Abdulla həmin məzildə doyunca, rahat güzəran sürə bilmədi.

"Abdullagil ailədə 2 qardaş olublar. Onları anaları böyüdüb. Atası uşaqlar balacaykən ailəsini ataraq gedib və sonra dünyasını dəyişib. Bacım o uşaqları yetimliklə, min bir əziyyət çəkərək öz gücü və halal zəhməti sayəsində böyütmüşdü. Biz Abdulla ilə dayı-bala həmişə müxtəlif məsələlərdən söhbət edirdik. Onun o qədər arzuları var idi... Hamısı yarımçıq qaldı”.

Şəhidin dayısı söhbəti davam etdirə bilmədi… Bir neçə cəhddə qəhər onu boğduğundan, bizimlə sağollaşmağa məcbur oldu...

Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO