HƏMAS hərəkatı Qətərin paytaxtı Dohadakı məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovu azad etməyə razılaşdığını açıqlayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hərəkatın "Telegram” kanalında dərc olunan rəsmi açıqlamaya görə, mübahisəli məsələlər üzrə məsləhətləşmələr hələ davam edir.
"HƏMAS danışıqların uğurlu olmasını istəyir və bu səbəblə 10 girovun azad edilməsinə razılıq verib. Bununla belə, bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir. Bu məsələlərə xüsusilə Qəzzaya humanitar yardımın gətirilməsi, İsrail qoşunlarının oradan çıxarılması və daimi atəşkəs üçün real təminatların verilməsinə aiddir", - açıqlamada deyilir.