HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib

HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib
DÜNYA
12:19 14.07.2024
142
HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib.

Bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi bildirib.

O, HƏMAS-ın İsrailin mövqeyinə görə Qəzza zolağında atəşkəs danışıqlarını dayandırmaq qərarını açıqlayıb.

Belə ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında bölgədəki vasitəçilərə və maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
 
//Report
OXŞAR XƏBƏRLƏR