HƏMAS daha iki girovu azad edib

HƏMAS daha iki girovu azad edib
DÜNYA
22:59 23.10.2023
231
Fələstinin radikal HƏMAS hərəkatının yaraqlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Misir və Qətərin vasitəçiliyi ilə İsrailə hücum zamanı girov götürülən daha iki nəfərin azad edildiyini açıqlayıb.

Bu barədə qrupun nümayəndəsi Əbu Ubeydənin HƏMAS-ın "Telegram” kanalında yayımlanan bəyanatda deyilir.

Bildirilir ki, Nurit İtsxak və Yoxved Lifşits humanitar səbəblərə görə azad ediliblər.
OXŞAR XƏBƏRLƏR