HƏMAS-dan ABŞ-yə çağırış: “Qəzzada müharibəni bitirin"

HƏMAS-dan ABŞ-yə çağırış: “Qəzzada müharibəni bitirin"
DÜNYA
11:22 10.06.2024
114
HƏMAS-ın yüksək rütbəli rəsmisi ABŞ-ni Qəzzaya hücumlarını dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, açıqlamada HƏMAS-ın müharibəni yekunlaşdıracaq istənilən təşəbbüsə müsbət yanaşacağı vurğulanıb.

HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar bu yaxınlarda bildirib ki, o, sülh sazişini yalnız İsrail "daimi atəşkəsə əməl edəcəyi təqdirdə” qəbul edəcək.

Atəşkəs təklifi ilə bağlı Sinvar "Həmas silahlarını təslim etməyəcək və bunu tələb edən təklifə imza atmayacaq” deyə cavab verib.

İsrailin Baş naziri Benyamin Netanyahu Baydenin üç mərhələli atəşkəs təklifini təqdim etməsindən sonra müharibəni daimi olaraq bitirəcək heç bir razılaşmanı qəbul etməyəcəyini təkrarlayıb.

Son səkkiz ayda olduğu kimi, Netanyahunun sağ qalması müharibənin davam etməsindən və HƏMAS-a qarşı tam qələbəyə nail olmaq cəhdindən asılı ola bilər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR