HƏMAS-dan atəşkəslə bağlı YENİ AÇIQLAMA

HƏMAS-dan atəşkəslə bağlı YENİ AÇIQLAMA
DÜNYA
18:36 25.03.2024
125

HƏMAS bəyan edib ki, İsraillə atəşkəs danışıqlarındakı problemin əsirlərlə heç bir əlaqəsi yoxdur.

AZXEBER.COM xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Husam Bedran Qəzzada atəşkəs üçün aparılan danışıqlarda problemin əsirlərlə bağlı olmadığını, əksinə, İsrailin elementar məsələlərdə zəmanət vermək istəmədiyini bildirib. 

Həmas rəsmisi Bedran verdiyi açıqlamada Qəzza zolağına hücumların dayandırılması, eləcə də humanitar yardımların çatdırılması, köçkün vətəndaşların geri qaytarılması və dəqiq yenidənqurma planının onlar üçün prioritet olduğunu bildirib. 

Gülay

OXŞAR XƏBƏRLƏR