HƏMAS-dan "qlobal qəzəb yürüşləri"nə çağırış

HƏMAS-dan "qlobal qəzəb yürüşləri"nə çağırış
DÜNYA
17:13 18.09.2025
211
Həmas Qəzzaya hücumlar və davam edən blokadaya qarşı beynəlxalq ictimaiyyəti yeni etiraz dalğasına çağırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hərəkatın saytında dərc olunan bəyanatda sentyabrın 19, 20 və 21-də dünyanın paytaxtlarında nümayişlərin keçirilməsi çağırışı edilib.

Bəyanatda Qəzzada 2 milyondan çox insanın "blokada, hücumlar, dağıntılar və məcburi köçkünlük" ilə üzləşdiyi vurğulanaraq, "beynəlxalq sükut və acizliyə qarşı vahid səsin" formalaşdırılmasının zəruriliyi vurğulanıb.

HƏMAS xüsusilə ABŞ və İsrail səfirlikləri qarşısında "qlobal qəzəb yürüşlərində” iştirak etməyə çağırıb və "soyqırımı və məcburi köçkünləri dayandırmaq, sərhəd keçidlərini açmaq və təcili yardım çatdırmaq üçün” tələbə hərəkatları, həmkarlar ittifaqları və parlamentlər vasitəsilə təzyiq yaratmağa çağırıb.

Bəyanatda həmçinin Qəzzaya yola düşdüyü açıqlanan Qlobal Resolve Flotilla-ya dəstək çağırışı da edilib.

HƏMAS bəyan edib ki, qarşıdakı günlər "Qəzzəyə hücumlara qarşı qlobal hərəkatın yüksəlişində yeni mərhələ” olacaq.
 
Gülay
OXŞAR XƏBƏRLƏR