"HƏMAS-dan xilas olana qədər İsrailə hərbi dəstək verəcəyik" - Bayden

"HƏMAS-dan xilas olana qədər İsrailə hərbi dəstək verəcəyik" - Bayden
DÜNYA
12:09 12.12.2023
130
ABŞ Prezidenti Co Bayden İsrailə hərbi dəstəyi davam etdirməkdə qərarlı olduqlarını bildirib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Bayden yəhudilərin Hanukka bayramı münasibətilə Ağ Evdə təşkil edilən qəbulda danışarkən deyib.
     
Bayden çıxışında İsrailin Fələstinə hücumları səbəbindən ABŞ-da artan antisemitizmi pislədiyini bildirib.
 
"Həmasdan xilas olana qədər İsrailə hərbi dəstək verməyə davam edəcəklərini" vurğulayan Bayden "Ancaq çox diqqətli olmalıyıq. Bütün dünyanın fikri bir gecədə dəyişə bilər. Bunun olmasına icazə verə bilmərik", - deyib.

Yəhudilərin və İsrailin təhlükəsizliyinə və müstəqil yəhudi dövlətinin varlıq hüququna bağlılığının sarsılmaz olduğunu ifadə edən Bayden, "İsrail olmasaydı, dünyada bir yəhudi belə təhlükəsiz olmazdı", - deyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR