"HƏMAS məqsədlərinə çatdığı üçün "siyasi dialoqa açıqdır”.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri HƏMAS rəsmisi Musa Əbu Mərzuk "Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. O həmçinin, "Mümkün atəşkəsi müzakirə etməyə hazır olub-olmadığını” sualına "bütün siyasi dialoqlara" açıq olduğunu söyləyib.
Qətər müzakirəçiləri isə əsir götürülən və həbs edilən israilli qadın və uşaqların azadlığı ilə bağlı danışıqlar aparmaq istədiklərini söylədilər. Qəzzada İsrail həbsxanalarından 36 Fələstinli qadın və uşağın sərbəst buraxılması qarşılığında təcili çağırışlar ediblər.
"Hazırda bütün tərəflərlə daimi təmasdayıq. Bizim prioritetimiz qan tökülməsini dayandırmaq, məhbusları azad etmək və münaqişənin regional yayılmadan nəzarət altına alınmasını təmin etməkdir" deyən Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsarinin sözlərinə İsraildən cavab gecikməyib.
İsrail rəsmisi "Davam edən heç bir danışıqlar yoxdur" deyib.
Günel