HƏMAS gizli şəkildə Türkiyədə baza qurmağı planlaşdırır?

HƏMAS gizli şəkildə Türkiyədə baza qurmağı planlaşdırır?
DÜNYA
12:33 14.05.2024
101
HƏMAS-ın Türkiyədə fəaliyyətini artırdığı iddiası yenidən gündəmə gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin "The Times" qəzeti İsrail ordusunun HƏMAS-ın gizli Türkiyə planını ələ keçirdiyini yazıb.

İsrail ordusunun Qəzzadakı Həmas komandirinin evində təşkilatın Türkiyədə yeni baza qurma planları ilə bağlı gizli sənədlər tapdığı iddia edilib.

HƏMAS lideri İsmayıl Haniyənin ötən ay prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra HƏMAS-ın qərargahını Qətərdən Türkiyəyə köçürməyi planlaşdırdığına dair iddialar gündəmə gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərək bunları deyib:
 
"Əhəmiyyətli olan HƏMAS liderlərinin harada olduğu deyil, Qəzzadakı vəziyyətdir. Onların mövqeyinin nə olduğu ilə bağlı belə bir məlumat almadım. Qətərdə dediyiniz bu məsələ ilə bağlı olacaq. Amma Qətər Əmiri "Hörmətli Şeyx Təmimin bu qardaşlarla bağlı Qətərdəki mövqelərinə məhəl qoymayacaq bir addım atacağına işarə edən bir şey eşitmədim və düşünmürəm".
 
HƏMAS lideri Yəhya Sinvarın Qəzzada sağ əli Həmzə Əbu Şanabın evində "Türkiyədə baza yaradılması" adlı gizli sənədlərin tapıldığı iddia edilib. Sənədlərdə İsrailin təzyiqi nəticəsində müdafiəyə keçən HƏMAS-ın xüsusi əməliyyatlar üçün xaricdə hərbi mərkəz yaratmalı olduğu da bildirilirdi.

İsrail hədəflərinə qarşı təxribat, adam qaçırma və sui-qəsd təlimi planlarının yer aldığı qeyd edilən sənədlərdə Türkiyədə qurulacaq bazaya göndəriləcək personalın detalları da yer alır. "The Times” həmçinin bildirib ki, sənədin tarixi və Türkiyədə artıq bazanın yaradılıb-yaradılmaması məlum deyil.

HƏMAS-ın bəzi önəmli adlarının Türkiyədə olduğunu yazan qəzet, 2020-ci ildə HƏMAS-ın Türkiyədən kibermüharibə bazası kimi istifadə etdiyinin üzə çıxmasından sonra Ankaranın təşkilata bu fəaliyyətlərə son qoyması üçün xəbərdarlıq etdiyini də qeyd edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR