HƏMAS-ın girov saxladığı 21 yaşlı qızın müraciəti yayıldı - FOTO

HƏMAS-ın girov saxladığı 21 yaşlı qızın müraciəti yayıldı - FOTO
DÜNYA
12:31 17.10.2023
291
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Sderot şəhərində girov götürülən 21 yaşlı israilli qadının müraciətini əks etdirən video yayımlayıb. 
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, qorxduğu hiss olunan qadın səlahiyyətli şəxslərə səslənib:
 
"Mən yaxşıyam. Qolumda sınıqlar var. Məni Qəzzaya gətiriblər və qolumu əməliyyat ediblər, dərman verirlər, qeydimə qalırlar. Bizi mümkün qədər tez buradan çıxardın”, - deyə çağırış edib.

Bu görüntüləri yayımladıqdan sonra Həmas Qəzzada 200-250 nəfəri girov saxladığını açıqlayıb. Girovlarla humanitar qanunlara uyğun davrandığını iddia edən Həmas, müxtəlif millətlərdən olan əsirləri "şərait imkan verdikdə” azad edəcəklərini açıqlayıb.

Aysel
 

 

 


OXŞAR XƏBƏRLƏR