HƏMAS-ın Qəzzadakı atəşkəs planı məlum oldu - TƏFƏRRÜAT

HƏMAS-ın Qəzzadakı atəşkəs planı məlum oldu  - TƏFƏRRÜAT
DÜNYA
23:45 16.03.2024
353
Qəzza zolağında atəşkəsin təmin edilməsinə dair danışıqlar martın 17-də Qətərdə bərpa olunacaq.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Bloomberg Misir rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, uzun müddət ərzində ilk dəfə olaraq, danışıqlara müharibə edən tərəflərin - İsrail və HƏMAS-ın rəsmi nümayəndələri qatılacaq.

"Bloomberg” xatırladıb ki, beynəlxalq vasitəçilər Ramazan ayı başlamazdan əvvəl atəşkəs əldə etməyə ümid ediblər, lakin martın əvvəlində Qahirədə aparılan danışıqlar dalana dirənib.

Dialoqun bərpası ilə bağlı qərar bu həftə verilib: "Hər iki tərəf danışıqları bərpa etmək üçün addımlar atıb”, - deyə mənbələr bildiriblər. Onların sözlərinə görə, HƏMAS vasitəçilərə Qəzza zolağında döyüşlərə son qoymalı olan yeni plan təqdim edib. Plan üç əsas mərhələdən ibarətdir:

İlk addım, İsrail tərəfindən saxlanılan 350 fələstinli məhbusun qarşılığında yaraqlılar tərəfindən saxlanılan 35 girovun - qadın, xəstə və qocanın azad edilməsini nəzərdə tutan altı həftəlik atəşkəs olacaq.

HƏMAS həmçinin hər bir əsgər üçün terrorizm ittihamı ilə uzun müddət cəza çəkən bəziləri də daxil olmaqla 50 məhbusun əvəzində ən azı beş qadın əsgəri azad edəcək.

Bundan əlavə, İsrail hərbçiləri məcburi köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasına icazə verməli və yardımın əraziyə sərbəst axınını təmin etməlidir;

İkinci mərhələdə hər iki tərəf daimi atəşkəs elan edəcək, HƏMAS daha çox məhbus qarşılığında girovluqda olan qalan İsrail əsgərlərini azad edəcək;

Üçüncü mərhələdə HƏMAS Qəzzanın blokadasının götürülməsi müqabilində ölən israillilərin cəsədlərini təhvil verəcək və bu, bölgənin yenidən qurulmasına başlamağa imkan verəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb