HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb

HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
DÜNYA
19:28 27.08.2025
382
İsrailin Müdafiə Ordusu HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbərinin öldürüldüyünü bəyan edib.

Bu barədə ordunun mətbuat xidməti "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvad Qəzza zolağının qərb bölgəsində öldürülüb", - məlumatda qeyd olunub.

Mətbuat xidmətindən o da bildirilib ki, ordu HƏMAS-ın infrastruktur obyektlərini məhv etməyə davam edir.
 
\report
OXŞAR XƏBƏRLƏR