“HƏMAS” İsrail ordusunu girovla hədələyib

“HƏMAS” İsrail ordusunu girovla hədələyib
DÜNYA
21:08 07.06.2025
401
Fələstinin "HƏMAS hərəkatı Qəzza zolağındakı israilli girovlardan birini İsrail Müdafiə Qüvvələrinin (IDF) onun saxlandığı yerə yaxınlaşdığı zaman öldürməklə hədələyib.

Bu barədə hərəkatın hərbi qanadı - "İzzəddin əl-Qəssam briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.

"İsrail hərbçiləri girov Matan Zanqaukerin saxlandığı yeri mühasirəyə alıb və biz təsdiq edirik ki, onlar onu sağ-salamat azad edə bilməyəcəklər. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq”, - o yazıb.

Girovun dəqiq harada saxlandığı barədə məlumat verilmir.

Qeyd edək ki, son üç gündə İsrail ordusu Qəzza zolağında radikallar tərəfindən qaçırılan üç girovun qalıqlarını aşkar edib.
 
/Report
OXŞAR XƏBƏRLƏR