HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb
DÜNYA
16:26 07.10.2023
404
İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə video yayılıb.

Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir.
Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.
OXŞAR XƏBƏRLƏR