HƏMAS İsrailin yüksək texnologiyalı maşınlarını belə məhv edir - FOTO

HƏMAS İsrailin yüksək texnologiyalı maşınlarını belə məhv edir - FOTO
DÜNYA
12:12 03.11.2023
187
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının 7 oktyabrda İsrailə hücumundan sonra minlərlə insan həyatını itirərkən diqqət çəkən bir detal gündəmə gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngilis mediası hava hücumları ilə yanaşı quru əməliyyatları da həyata keçirən İsrailə qarşı döyüşən Həmasla bağlı diqqətçəkən bir detal paylaşıb və hərtərəfli işğal planı üzərində çalışdığını açıqlayıb.

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan "The Times” HƏMAS ilə İsrail arasındakı müharibədə ciddi texnoloji fərqin olduğuna diqqət çəkib. 

Məqalədə deyilir: "İsrail və HƏMAS arasında Qəzzada müharibə süni intellektlə silahlanmış üstün hərbi qüvvə ilə asimmetrik müharibənin bütün döyüşdə sübut edilmiş və təkmilləşdirilmiş bacarıqlarından istifadə edən düşmən arasında münaqişədir”.

Son zamanlar HƏMAS-ın taktikasının uğurlu olduğu bildirilərkən, pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edildiyi diqqətə çatdırılıb.

Buna cavab olaraq İsrailin Qəzzaya qabaqcıl silahlar və hədəf sistemləri ilə hücum etdiyi vurğulanıb. 

İsrailin oktyabrın 7-dən bu yana 12 mindən çox hədəfi vurduğu, buna süni intellekt və avtomatik alətlər sayəsində nail olduğu da bildirilib. "The Times”a danışan İsrail mənbələri də İsrail ordusunun bir müddətdir süni intellektdən istifadə etdiyini bildirib.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR