HƏMAS terrorçuları İsrailin Qüds yaxınlığında yerləşən Əbu Qoş şəhərindəki Kadırov məscidinə hücum ediblər.
AZXEBER.COM bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 9-da fələstinli yaraqlıların hücumu nəticəsində məscid binasına ziyan dəyib.
Qeyd olunur ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov atasının adına olan bu məscidi 2014-cü ildə açıb.