HƏMAS planlaşdırıldığı kimi girovların dəyişdirilməsinə davam edəcəyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail HƏMAS-ı mübadilə baş tutmayacağı təqdirdə atəşkəsə son qoyacağı ilə hədələyib.
ABŞ Prezidenti Tramp isə girovların azad edilmədiyi təqdirdə yeni bir cəhənnəm yaşanacağını deyib.
HƏMAS bildirib ki, Qəzzada atəşkəs razılaşması fevralın 15-də davam edəcək.
Xatırladaq ki, HƏMAS daha əvvəl İsrailin atəşkəsi dəfələrlə pozması səbəbindən girov mübadiləsinin qeyri-müəyyən müddətə dayandırıldığını bəyan etmişdi.
Mikayıl