HƏMAS liderindən İsrail xəbərdarlığı: Hücumlar regional müharibəyə çevrilə bilər

HƏMAS liderindən İsrail xəbərdarlığı: Hücumlar regional müharibəyə çevrilə bilər
DÜNYA
10:33 20.10.2023
134
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin Qəzzaya davam edən hücumlarının regional müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Haniyə həmçinin bu gün "Qəzzəyə hücumları dayandırın” şüarı ilə İslam dünyasını küçələrə çıxmağa çağırıb. Haniyə yayımladığı videoyazıda İsraillə qarşıdurmaları, Qəzza, İordan çayının qərb sahili və Livan cəbhələrindəki siyasi prosesləri dəyərləndirib. 

ABŞ-nin və bəzi Avropa ölkələrinin İsrailə mənəvi dəstək üçün səfərlər etdiyini xatırladan Haniyə bütün bu səylərə baxmayaraq, Vaşinqton rəhbərliyinin müvəffəq olmadığını ifadə edib. 

Aysel
OXŞAR XƏBƏRLƏR