Həmas liderindən regional müharibə XƏBƏRDARLIĞI

Həmas liderindən regional müharibə XƏBƏRDARLIĞI
DÜNYA
11:41 20.10.2023
134
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Heniyye İsrailin Qəzzaya davam edən hücumlarının regional müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Heniyye yayımladığı videoyazıda İsraillə qarşıdurmaları, Qəzza, İordan çayının qərb sahili və Livan cəbhələrindəki siyasi prosesləri dəyərləndirib.

ABŞ və bəzi Avropa ölkələrinin İsrailə mənəvi dəstək üçün səfər etdiyini xatırladan Heniyye bütün bu səylərə baxmayaraq, Vaşinqton rəhbərliyinin Qəzzaya hücumlarla bağlı İsrailə regional və beynəlxalq dəstək verməkdə və ərəblərin bu addımı qəbul etmələrini təmin etməkdə müvəffəq olmadığını ifadə edib.

Bütün təzyiqlərə baxmayaraq, ərəb və İslam ölkələrinin fələstinlilərin deportasiyasına münasibətinin çox aydın olduğunu qeyd edən Haniyye Körfəz Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) toplantılarında da bunun vurğulandığını bildirib.

Ərəblərin və İslam ölkələrinin, xüsusilə Misirin deportasiyaya qarşı mövqeyini tərifləyən Heniyye bu mövqeyi dəstəkləməyə çağırıb.

O, ABŞ administrasiyasının digər cəbhələri aradan qaldırmaqda və xalqı İsrailin yalanlarına inandırmaqda müvəffəqiyyətli olmadığını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR