Həmas sabah azad edəcəyi 6 məhbusun adını açıqladı

DÜNYA
15:47 21.02.2025
445
Həmas sabah sərbəst buraxılacaq 6 israilli kişi məhbusun adını açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında 7-ci məhbus mübadiləsinin sabah baş tutacağı gözlənilir. 
 
Əsirlərin adlarının "Eliya Koen, Ömər Şem-Tov, Ömər Venkert, Tal Şoham, Avera Mengistu və Hişam əl-Sayed” olduğu bildirilib.

İsrail mediası Avera Mengistu-nun 2014-cü ilin sentyabrında HƏMAS tərəfindən, Hişam əl-Sayedin isə 2015-ci ilin aprelində sərhəddən Qəzzaya girdikdən sonra HƏMAS tərəfindən saxlanıldığını, digər 4 israillinin isə 7 oktyabr 2023-cü ildə əsir götürüldüyünü yazıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR