HƏMAS-ın İsrailə hücumu ilə başlayan münaqişədə gərginlik hər an artır.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə HƏMAS tərəfindən öldürülən israillilərin Tibb Mərkəzindən görüntüləri gündəmə gəlib.
İsraildəki Tibb Mərkəzində HƏMAS yaraqlıları tərəfindən öldürülən 297 nəfərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. İsrail hökuməti media qurumlarına mərkəzdən görüntü çəkməyə icazə verərkən, çəkilmiş bir görüntü beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.
İngiltərə mətbuatında yer alan xəbərlərdə 297 nəfərin şəxsiyyətinin müəyyən edilməsində böyük çətinliklər yaşandığı bildirilərkən, bir çox cəsədin parçalanaraq sonra yandırıldığı ortaya çıxıb.
Patoloqlar araşdırmalarını davam etdirərkən bir nəfərin cansız cəsədini müəyyən etməyə çalışan həkimlər bu qalıqların iki nəfərə aid olduğunu anlayıblar. Müayinə nəticəsində məlum olub ki, tədqiq edilən meyitlərin biri çoxyaşlı kişiyə və digəri azyaşlı uşağa məxsusdur.
Onlar hər ikisi bir-birini bərk-bərk qucaqlayaraq vəfat ediblər.