"Bəzi əqidəsiz trol dəstələrinin və özünü müstəqil adlandıran kütləvi informasiya vasitələrinin fəaliyyəti araşdırılmalıdır”.
Bunu 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, bu şəxslər heç vaxt nə Söyüdlü sakinlərini, nə Azərbaycanı düşünüb: "Baş vermiş insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinin qarşısı alınıb. Komissiya işləyir və nəticə ilə bağlı müvafiq məlumat veriləcək”.
///APA