Xalq artisti Aygün Kazımovanın uzun müddətdir hazırlaşdığı "Aygün - 30 il" adlı solo konserti bir sıra məqamları ilə yadda qalıb.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, "Crystal hall"da baş tutan gecədə müğənnini sənət dostları ilə yanaşı, qızı İlqarə də tək qoymayıb. İlqarə Kazımova konsertdən sonra anasına olan ürək sözlərini belə ifadə edib:
"Mənim sevimli anam! Sən mənim ən böyük sərvətimsən! Həmişə səninlə fəxr edirəm və sənə heyranam. Sən həmişə mənə nümunəsən. Bu gün mən səni yüksəkdə gördüyüm üçün ağladım, güldüm. Çox sağ ol ki, varsan! Tanrı mənə dünyanın ən yaxşı, xeyirxah, istedadlı, səmimi anasını bağışlayıb. Səni sevirəm! Həmişə mənim üçün parla!”.