Həmişəyaşar Yaşar Nurinin nurlu xatirəsinə - KÖŞƏ

Həmişəyaşar Yaşar Nurinin nurlu xatirəsinə - KÖŞƏ
KÖŞƏ
12:24 09.12.2012
2106
Ləman SeyranHəmişə hər birimizə gülüş bəxş edən bir İnsan ölümüylə üzümüzdən o təbəssümü qoparıb özüylə apardı. Bizə sevinc göz yaşları bəxş etməyi bacaran insan, bizi nəhayət ağlatmağı da bacardı. Sonda çox ağlatdı bizi. Yaşar Nuri aramızdan getdi. Həyatımızda bir gülüşü də dəfn etdik. Sevinclərimizdən birinin də yas mərasimini keçirdik. Bu mərasim bizdən Yaşar Nurini aldı, onu televiziya ekranlarında canlı-canlı izləməyə bizi həsrət qoydu, amma alacaqları ilə bərabər, verdikləri də oldu. Yaşar Nurini tək sağ ikən yox, yoxluğunda da onu nə qədər sevdiyimizi bizə göstərdi. Onlarla filmdə, televiziya və teatr tamaşalarındakı ifaları ilə yaddaşımıza həkk olundu Yaşar Nuri. “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Topal Teymur”, “Səni axtarıram”, “Göz həkimi”... televiziya tamaşalarında, “Bəyin oğurlanması”, “Yaramaz”, “Yol əhvalatı” və neçə-neçə başqa ekran əsərlərindəki misilsiz rolları ilə əbədiyaşarlıq qazandı. Yaşar Nurinin bir cəhətini də qeyd etməyə xüsusi ehtiyac var. Məlumdur ki, aktyorların böyük əksəriyyətinin həyata münasibətdə öz fikirləri, öz münasibətləri ya olmur, ən yaxşı halda isə çətinlik çəkirlər. Bunun ən başlıca səbəbi isə onların ömür boyu səhnədən müxtəlif müəlliflərin dili ilə danışmalarından, dramaturqların mövqeyini ortaya qoymalarından irəli gəlir. Daha dəqiq desək, oynadıqları obrazların əsirinə çevrilirlər, sənətdə, sözün əsl mənasında, bir əsirlik həyatı yaşayırlar. Bunun isə yaxşı və pis tərəfləri var. Aktyor sənətinin bu ecazkarlığı, bir az da dərinə getsək, eqoistliyi Yaşar Nurini əsirə çevirə bilmədi. O, yalnız səhnədə əsir olaraq qaldı və nəticədə, sənətdə olduğu kimi həyatda da öz sözü, öz mövqeyi olan bir şəxsiyyətə çevrildi. Əlli il teatr səhnəsindən, ekranlarından (on bir yaşından səhnədəydi) bizimlə üzbəüz dayanıb sözünü deyən sevimli aktyorumuz bu xüsusiyyətinə görə müxtəlif nəsillərə məxsus tamaşaçıların gözündə bir daha qalxdı, ucaldı, hamı buna görə də onu özü kimi sevdi. Yaşar Nurinin televiziya ekranlarında dəfələrlə baxdığım müxtəlif müsahibələrindəki güclü məntiqə söykənən deyimləri, sinə dolusu yumoru, kəskin atmacaları tamaşaçıları silkələyir, necə deyərlər, onların tozunu alırdı. Onun yaratdığı obrazlar qalereyası özünəməxsusluğu, rəngarəngliyi və bütövlüyü ilə Azərbaycan teatr sənətində böyük bir yer tutur. Bu mənada, unudulmaz aktyorumuz Yaşar Nuri teatr sənətimizin Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov və burada adlarını çəkmədiyim nəhəng nümayəndələrilə bir sırada dayanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?