Dünən teleaparıcı Aytən Səfərovanın "Maşın” şouda verdiyi qərarı hələ də müzakirə edilir.
AZXEBER.COM xəbər verir ki, aparıcının bu hərəkəti birmənalı qarşılanmayıb və sosal şəbəkədə haqqında sərt sözlər yazılıb.
Həmkarı Humay Muxtarova Aytənin qərarından şoka düşdüyünü deyərək bunları yazıb: "Bilsəydim ki, bunu edəcək, səs verməzdim. Şokdayam. Mətanət səs yığıb səni çıxaracaq, ay Aytən. Doğrudan şokdayam, sonuna kimi səs göndərdim. Son dəqiqəyə kimi…” – o bildirib.
Aparıcı hətta buna görə halının pisləşdiyini, qan təzyiqinin yüksəldiyini qeyd edib:
"Məcidi əvvəldən deyərdin, o da səs istəyərdi, biz də bu boyda pul xərcləməzdik. Bu, adam dolamaqdır. Sən Azərbaycan xalqını barmağına doladın. Əlim üzümdə qalıb. Daha sozum yoxdur. Əlim-ayağım əsir, vallahi.”
Daha sonra aparıcı Aytənə Mətanət Əliverdiyavanı çıxardacağını dediyinə görə, bütün yaxınları, qohumlarının ona səs göndəridiyini deyib.
"Oyunu kişi qızı kimi oyna. Səni harada görsəm 3 kəlmə söz deyəcəyəm, Ayten. Özünə hörmət qoy” – aparıcı əlavə edib.
Sonda Humay onun "ANS TV”-dəki verilişindən kadrlar paylaşaraq bu sözləri yazıb:
"Busan da, efirdə lifçik-tumandan danışan… İkiüzlü… Haramın olsun. hər gün sənə "Getsin”ə səs göndərəcəyəm”.
Onun qeyd etdiyi sözlər birmənalı qarşıanmayıb və bir neçə nəfər tərəfindən tənqid olunub. Humay Muxtarova bu üzdən yenidən video çəkərək növbəti dəfə fikrilərini bildirib.