"Sənətkar sənətkarın məclisinə gedəndə niyə pul almalıdır?" - Əməkdar artistdən irad

"Sənətkar sənətkarın məclisinə gedəndə niyə pul almalıdır?"  - Əməkdar artistdən irad
MAQAZİN
11:47 16.01.2026
348
"Sənətkar sənətkarın məclisinə gedəndə niyə pul almalıdır? Bu düzgün bir şey deyil".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
 
Sənətçi "İncə səhər" verilişində qonaq olarkən eyni zamanda duet oxuyarkən də ödənilən qonorara qarşı olduğunu bildirib:
 
"Sənətkar sənətkarın məclisinə gedəndə niyə pul almalıdır? Bu düzgün bir şey deyil. Aramızda hörmət var. Eyni zamanda əgər gənc bir müğəni sənətkarla duet oxuyursa, niyə ona pul ödəməlidir? Dəstək olmaq lazımdır. Guya o gənc populyar olmayacaq? Lap olsun xarici müğənnilər. Onlarla da duet oxumağa pul xərcləmək lazım deyil. Elə özümüzdə yetərincə yaxşı sənətkarlar va. Nəyə nail olmuşamsa, xalqa borcluyam!”


Aysel


OXŞAR XƏBƏRLƏR