Həmvətənimizin rəqibi bəlli oldu - SİYAHI

İDMAN
15:27 14.01.2012
1370

Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində startı veriləcək beynəlxalq şahmat turnirinin püşkü atılıb.

AZXEBER.COM-un məlumatına görə, ikisi həmyerlimiz Teymur Rəcəbov və Vüqar Həşimov olmaqla, 14 qrossmeysterin mübarizə aparacağı nüfuzlu yarışın I turunda qarşılaşacaq cütlüklər bəlli olub.

Rəcəbov ağ fiqurlarla Fabiano Karuanaya, Həşimov isə hazırda dünyanın ən güclü şahmatçısı sayılan Maqnus Karlsenə qarşı qara fiqurlara oynayacaq.

David Navara (Çexiya, 2712) – Veselin Topalov (Bolqarıstan, 2770)

Boris Gelfand (İsrail, 2739) - Aniş Qiri (Hollandiya, 2714)

Teymur Rəcəbov (2773) - Fabiano Karuana (İtaliya, 2736)

Sergey Karyakin (Rusiya, 2769) - Levon Aronyan (Ermənistan, 2805)

Hikaru Nakamura (ABŞ, 2759) - Vasili İvançuk (Ukrayna, 2766)

Maqnus Karlsen (Norveç, 2835) - Vüqar Həşimov (2761)

Qata Kamski (2732) - Lyuk Van Veli (Hollandiya, 2692)

Qeyd edək ki, dairəvi sistemlə keçiriləcək yarışın qalibləri yanvarın 29-da bəlli olacaq.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR