Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi

Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi
SOSİAL
13:38 24.06.2026
218
ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR