Həmyerlisini qətlə yetirən gəncə hökm oxundu

MAQAZİN
17:13 28.03.2013
1196

Şəki Ağır Cinayətlər Məhkəməsində 21 yaşlı Ağdaş rayon sakini Ramil Yadigarovun məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Ramil Yadigarov qəsdən adam öldürmədə və odlu silah gəzdirmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, R.Yadigarov ötən ilin sentyabrın 22-də Qoşaqovaq kəndində həmkəndlisi 28 yaşlı Gündüz Məmmədovu öldürüb. Gündüzün evinə gələn R.Yadigarov odlu silahla onu vurub. G.Məmmədov hadisə yerindəcə dünyasını dəyişib.Ramil hadisəni qısqanclıq zəmnində törədib.

OXŞAR XƏBƏRLƏR