'Həqiqətən də bu həyatda kiçicik belə olsa, heç bir şey yalana dəyməzmiş' - Ozal İbrahimli

KÖŞƏ
08:42 15.03.2012
4949
Ozal İbrahimli

Uşaq idim , ancaq hər zaman böyümək istəyi ilə yaşayırdım . Çünki böyüdükdə, uşaq ikən kənarda qaldığım çox şey yox olacaqdı. Ən əsası isə, böyük olarkən sevmək necə bir hisdir?! Bu mənə çox düşündürürdü. Mənim də nə vaxtsa sevdiyim birisi olacaqmı? Bu sual mənə çox maraqlı gəlirdi. Və məni daha tez böyümək üçün səbirsizləşdirirdi. İllər keçdi, orta məktəbi bitirdim və ali məktəbə qəbul oldum. 11 illik orta məktəb həyatımı gənclik, sərbəstlik, ali məktəb həyatına dəyişdim. Bu orta məktəbə görə çox fərqli idi. Günlər çox qeyri adi və daha maraqlı keçirdi. İlk kursu bitirməyimə bir neçə ay qalmışdı. Universitetimiz ətrafında gəzərkən, uşaq vaxtı davamlı olaraq özüm-özümə verdiyim sual yenidən yadıma düşdü. Və ayaq saxladım. Üzərindən illər keçməsinə baxmayaraq, bu sual məni yenə əvvəlki qədər dərin düşüncəyə qərq etdi. Sevmək necə bir hisdir? Fikrə getdiyim anda, qarşımdan bir gözəl xanım keçdi. Sanki, bir anlıq yuxulu imiş kimi, sanki yuxudan ayıldım. Fikirlərim anidən yox olaraq, geriyə döndüm. Bu xanım diqqətimi çəkdi. İlk dəfə idi ki, hər hansısa bir xanıma belə uzun-uzadı baxırdım. 1 neçə dəqiqədən sonra, xanım gözdən itdi. Nə olduğunu anlamadım, ama sanki nə isə bu qıza bir anlıq bağladı məni. Qız gözdən itdikdən sonra, özüm-özümə bir neçə sual verdim . Görəsən bu qız kim idi? Adı nə idi? Bir bildiyim, universitetimizin yaxınlığında olan qonşu universitetin qapısından girdiyi oldu. Bu barədə düşünə düşünə evə getdim. Gün boyunca ağlımdan çıxmadı. Səhər yuxudan ayıldıqda da ilk ağlıma gələn elə məhz o oldu. Artıq bu hadisə bir neçə gün idi ki, davam edirdi. Özü olmasa belə, sanki ruhu, hər an mənimlə idi. Artıq özlüyümdə bu qızı tapacağıma, onun haqda yetərincə məlumat alacağıma söz vermişdim. Heç olmazsa, ən azından adını bilmək istəyirdim .

Hər zaman filmlərə baxdıqda, ssenarinin əvvəlcədən düşünülərəkmi yazıldığı və ya yaşanmış həyatdanmı bir parça götürüldüyü mənə çox maraqlı gəlirdi. Mən bunu o vaxtı tam olaraq dərk etdim ki, həyatda mən də bir filmə ssenari yazdım. Və ən maraqlısı da o oldu ki, bu filmin rejissoru və baş rol oyunçusu da elə məhz özüm oldum. Bu filmin ssenarisini digərlərindən fərqləndirən, ssenarinin günbəgün düşünülmədən, həyatda hər dəqiqə yaşananların əks edilməsi oldu. Çox təəssüf ki, bu ssenari kiçicik bir yalan üzərində quruldu. Məhz filmin də tez bitməsinə səbəbbu yalanoldu. Halbuki bu yalan heç də pis niyyətlə deyilən bir yalan deyildi. Amma nə olsun, yalan üçün nə pis niyyət?! Yalana bir tək səbəb vardı. O da əvvəldə də qeyd etdiyim kimi, xanımı görməkdi .

Universitet həyatımda nə isə 1 iz qoyub ayrılmaq istəyirdim. Uşaq yaşlarımdan pop-rock musiqisinə olan marağımı, ümumilikdə musiqiyə olan marağımı təhsil aldığım universitetdə “Konsert” verməklə bildirmək istəyirdim. Bunun üçün bütün çətinliklərlə qarşılaşmağa gözə almışdım.

Bir gün evdə bu konsertlə bağlı sıxıntı içində olarkən, sosial şəbəkələrin birində, az da olsa kefimi açmaq üçün dostlarımla həmsöhbət olmaq istədim. Söhbətə dostluğumda yeni olan bir xanımla başladım. Bir birimizi yaxşı tanımadığımız üçün əvvəla onu tanımaq istədim. Bir anlıq bu qızın bilgilərində, pop-rock musiqisinə marağının olduğu gözümə dəydi. Və bu məni nə yalan deyim, çox sevindirdi. Ona bununla bağlı bir neçə sual verdim. Təhsil aldığı universitetin xor ansanbılında oxuduğunu dedikdə, verəcəyim "konsert", sanki bir anlıq gözümün önündə canlandı. Musiqi janrımız eyni idi. Hətda oxumağı belə bacarırdı. Bu mənə "konsert"də çox kömək ola bilərdi. Ama təklif etməkdən boyun qaçırdım. Üzərindən bir neçə gün keçdi. Bu fikir mənə çox dolğun gəlir, hətda məndə kömək edərsə bu "konsert"i daha da yaxşı verə bilərəm kimi gəlirdi. Artıq təklif edəcəyimə qərar vermişdim. Və fikirlərimi tam olaraq cəmələyərək, bunu ona yazdım. Üzərindən bir neçə saat keçdi, ancaq heç bir cavab gəlmədi. Artıq ümidimi itirmişdim və cavab yazmayacağını düşünürdüm! Ümidsiz şəkildə oturduğum anda anidən cavab gəldi. Düzdür gəldi... ancaq bu cavab məni heç də sevindirmədi. Çünki aldığım cavabda: “Mən edə bilmərəm,bu mənilk deyil. Düzdür çox istərdim. Amma olmaz” sözləri idi. Çox pis oldum. Qurduğum xəyallar, fikirlər bir anın içində sankigözlərimdəpuç oldu. Səbəb deməmişdi. Yalnız “edə bilmərəm” sözləri ilə kifayətləşmişdi. Bəs səbəb nə idi!? Ola bilməzdi ki, bunun səbəbi olmasın! Düşündüm ki soruşum, ancaq soruşmadım. Heç özümün belə səbəbi nə üçün soruşmadığımı bilmədim. Bu sadəcə anidən içimdən gələn bir hiss idi. Sağollaşdıq. Bütün gecəni bunun səbəbi nə ola bilər deyə özlüyümdə düşündüm. Ancaq önəmli bir ayırd edə bilmədim. Xeyli müddət keçdi. Artıq “konsert”in vaxtları get gedə yaxınlaşırdı. Vaxt daraldıqca bu sözlər ağlıma gəlir və məni bir daha dərin düşüncələrə qərq edirdi. Bir anlıq özlüyümdə: “Nə üçün soruşmayım? Bəlkə xətrinə dəymişəm? Bəlkə elə bir şeydir ki, mən ümumiyyətlə bunu ona təklif etməkdə səhv etdim?!” – bir anlıq bu suallar məni düşündürdü. Və artıq səbəbi bilmək istədim. Soruşdum! Həqiqətən də səbəbi vardı. Qəbul etməməyi mən nə qədər pis təsir etmişdisə, bunun səbəbi də məni bir o qədər sevindirdi. Amma nə edək ki, səbəb nə olur olsun təklifimi qəbul etməmişdi.

Onu ümumilikdə görə bilməmək, danışa bilməmək məni dəli edirdi. Bu istək məni o qədər bürümüşdü ki, onu görmək üçün, artıq yalan belə danışmağı düşünürdüm. Danışdım! Onu görmək üçün verəcəyim “konsert”i sevdiyim xanıma həsr edəcəyim yalanını dedim. Ancaq bu yalanı danışmaqla çox, ama çox səhv etdim. Mənim həyatımı puç edən də məhz elə bu “kiçicik yalan” oldu. Düşünmədim! Düşünmədim ki, yalan üçün “kiçik” və ya “böyük” fərq etmir. Düzdür: bu yalan məni uzun zamandır onu görmək arzuma çatdırdı. Ancaq daha sonralar, məni, ürəyimdəki sevgi və arzudan heç gözləmədiyim qədər uzaq etdi. Kaş onu görmək arzumun yox, sevgi və arzularım həyata keçərdi. Yalan – bu məni onu görmək üçün vadar etdi. Bilmədim, bəlkə də mənə həmin an güvəndi, bəlkə də həmin an özünü bir anlıq mənim yerimə qoydu. Bəlkə də, bəlkə də mənə yazığı gəldi. Bilmədim! Bax bunu bilmədim! Ancaq hər şey bir yana, qəbul etdi. Kaş etməzdi. Bəlkə də bunu indi deyirəm. O zaman heç deməzdim. Amma mənə elə gəlir ki, belə daha məqsədə uyğun olardı. Çünki heç kəs sevdiyi insandan uzaq olmaq istəməzdi.

Bu yalanım onu görməyimə imkan yaratdı. “Konser” barəsində söhbət üçün vaxt təyin edib görüşdük. Metro çıxışında onun gəlməsini gözləyirdim. Sevincimdən yerimdə dayana bilmirdim. Ancaq bir anlıq özümə sual verdim. Bəs mən necə tanıyacam onu? Nə biləcəm odur? Bu sualları düşünərkən mənə bir xanım yaxınlaşdı. Bu xanım bir neçə ay əvvəl uşaqlıq suallarımı düşünərkən qarşımdan keçən və ona uzun uzadı baxdığım xanım idi. Bəs, bəs bu xanım mənə nə üçün yaxınlaşdı? Əl uzatdı, salam verdim. Özünü təqdim etdikdə isə inana bilmədim. Yox! Ola bilməz! Bu qədər təsadüf?! Mən bunları düşündüyüm anda, xanım mənə nəsə olub? – sualını verdi. Özümü tez ələ alıb, yox yox. Hər şey qaydasındadır deyərək, 1 qədər gülümsədim. Yol boyu deyib gülə-gülə söhbət etdik. Ancaq belə bir təsadüfün olmağı məni hələ də heyrət içərisində buraxmışdı. Çünki mən təsadüflərə heç vaxt inanmırdım, təsadüfləri yalnız “əvvəlcədən qurma” bir şey kimi qəbul edirdim. Ancaq bu mənə bir işarə idi. Həyatda təsadüflər də mövcu imiş.

Xasiyyətimiz tutmuşdu. Artıq bir-birimizi sanki bir-neçə il idi ki tanıyırmış kimi idik. Bu çox gözəl idi. Özlüyümdə hətda belə bir təsadüf üçün də çox sevinirdim. Uzun uzadı diqqətimi çəkərək baxdığım xanım, uzun zamandır görmək istədiyim xanımla eyni insan idi. Bu qızı virtualda uzun müddətdir tanıyırdım. Ancaq realda ikinci dəfə idi görürdüm. Bəs nə üçün üzündəki hər gülüş məni sanki çox xoşbəxt edirmiş kimi idim. Niyə? Buna səbəb nə idi? Axı mən onunla ilk dəfə idi həmsöhbət olurdum. Bəlkə, bəlkə “İlk görüşdə məhəbbət” idi bu. Hmm? Ola bilərmi? Bəlkə də. Daha sonra mövzudan danışdıq bir qədər. “Konser”də mənə köməklik edəcəyinə, nə lazım olsa can-başla hazır olduğunu dedi. Bu əlbət məni çox sevindirdi. Sağollaşıb ayrıldıq. Hər ikimiz oxuduğumuz universitetə tərəf getdik.

Artıq tətil yaxınlaşırdı. Bir gün, özlüyümdə onunla danışmaq istədim. Telefonuna mesaj yazdım. Ancaq mesaj yazdıqdan sonra, çox peşman oldum. Özlüyümdə gərək yazmazdım dedim. Çünki o mənim varlığı olmasa da ,sevgilim olduğunu bilirdi. Səhv düşünə bilərdi. Bir qədər sonra cavab gəldi. Normal qarşılamışdı məni. Və ilk dəfə olaraq mənə bir xanım dost, onun dilindən desəm “DOSTİK” deyirdi. Söz adi söz olaraq qalmadı. Bizim həqiqətən də çox möhkəm dostluğumuz oldu. Zaman keçdikcə artıq bir-birimizə tam olaraq etibar edir, güvənirdik. Bir-birimizə çox bağlanmışdıq. Ancaq hər dəfəsində ona danışdığım yalan məni dəli edirdi. Bu yalanla tanımışdım onu. Bu yalanla ilk dəfə görmüşdüm onu. Ancaq bütün bunların bir yalanla baş verməsi heç də ürək açan deyildi. Məni bir tək bu narahat edirdi. Günlər keçdikcə ona daha da bağlanırdım. Hətda ona qarşı olan hislərim artıq sanki “SEVGİ” hislərinə çevrilirdi. Hər an yanımda olmağını, hər an birlikdə gün keçirməyimizi istəyirdim. Boş vaxt edən kimi əlaqə saxlayıb görüşürdük. Hər görüşdə o danışdıqda, gözlərimi üzündən çəkə bilmirdim. Artıq mən hislərimdə əmin idim. Mən “Sevirdim”. Ancaq bunu ona deyə bilməzdim. Çünki, o məni dost gözü ilə görürdü. Çünki, o mənim varlığı olmayan sevgilim olduğunu bilirdi. Ən əsası, ən əsası isə,onu itirməkdən çox, ama çox qorxurdum. Onu itirməkdənsə bu sevgini tək tərəfli yaşamağı qəbul etdim. Məni bunun üçün qınayan dostlarım da oldu. Ancaq nə etməliydim. Kim sevdiyini göz görə-görə itirər? Kim sevdiyini işlədəcəyi cümlənin onu bir daha görməməyə gətirib çıxaracağını bilə-bilə bunu edərdi? Hə? Kim? Mən məhz bunun üçün etmədim. Çünki mən həqiqətən sevirdim. İlk dəfə idi. İlk dəfə idi ki, bir qız məni bu qədər özünə bağlamışdı. Artıq sanki, o olmasa yaşaya bilmərəm kimi gəlirdi mənə. Hər an ağlımdan onunla keçən günlərim yadıma düşür və məni çox xoşbəxt edirdi. Amma içimdə bir narahatçılıq vardı. Bu heç şübhəsiz danışdığım yalan idi. Bəlkə də ən çox sevdiyim, həyatımın qadını hesab etdiyim birinə dediyim yalan məni bu qədər narahat edirdi. Ola bilməz? Yox yox. Elədir. İnsan sevdiyi insana yalan danışmamalıdır. Bəs mən niyə danışdım? Hə? Əvvəl sevmirdim bəlkə də bu xanımı, onun üçün?! İndi olan hislərim o zaman yox idi. Bəlkə bunun üçün? Offf. Nə edim? Başım qarma-qarışıq idi. Ancaq nə etməli? Olan olmuşdu. Olanla ölənə çarə yoxdur deyirlər. Geriyə tək bur şey qalırdı. O da ki, bu yalanı yox etmək. Bəs bunu necə edəcəkdim? Düşündüm. Düşündüm ki, ən yaxşısı hər şeyi deməkdir. Mənə bunun üçün nifrət etsə belə, onun qarşısında yalansız olaram. Amma yox. Axı onu itirə bilərəm! Bu da mənim həyatda ən son istəyəciyim şey belə ola bilməzdi. Yalanla davam etməyi üstün tutdum. İçimdə böyük bir sıxıntı qalsa belə.

Bir gün görüşdüyümüzdə, hər zaman oturduğumuz, ona qarşı sevgimin daha da gücləndiyi yerdə söhbet edirdik. Hər zamankı kimi o danışdıqda mən gözlərimi onun üzündən çəkə bilmirdim. Bir an içimdən hər şeyin düzünü demək keçdi. Artıq bu yalanla yaşa bilmirdim. Hislərim buna imkan vermirdi. Ancaq yenə susdum. Artıq içimdə nəyinsə məni narahat etdiyini anlamışdı. Amma heçnə soruşmurdu. Bəlkə də, bəlkə o da nə isə düşünürdü. -Nəhayət soruşdu. Heç gözləmədiyim anda. – Nə olub, son zamanlar qəribəsən. Nəsə olub? Bilmədim nə deyim. Çünki hazır deyildim. Həmin an bun üçün heç də uyğun deyildi. Və - heçnə olmayıb, sadəcə (araya başqa mövzu ataraq) “konser”ti düşünürdüm dedim. Gülümsəyərək, yaxşı olacaq. Ürəyini sıxma. Mən varam yanında. Bu sözləri eşitmək... Necə deyim, söz tapmıram ! Çox, amma çox gözəl idi. Həmin an özümə bir sual verdim. Görəsən məndən xoşbəxt insan varmı bu dünyada? Məncə yox. Sevdiyim xanım yanımdadır, hər an hər bir şeydə mənə dəstək olur. Bundan gözəl xoşbəxtlik?... Daha nə istəyə bilərəm ki?!

Bir gün mənə: Biz dostuq. Sevdiyin qızla tanış etməyəcəksənmi məni? Tanımaq istərdim-dedi. Yerimdəcə donaraq qaldım. Olmayan bir kimsə ilə səni necə tanış edə bilərəm. O 2-ci bir insan deyil. O sənsən. Bunu necə deyim? Axı nə üçün bu sözləri deməkdə özümdə qüvvə tapmadım. Niyə? Gərək yalanım getdikcə böyüsünmü?... İnşallah!.. dedim və başımı aşağı saldım. Mənə söz ver – dedi. SÖZ! – verdim! Bu yalan yenidən məni bürümüşdü. Yol boyu fikirli olsam da, bunu bildirmirdim. Və verdiyi hər suala gülər üzlə cavab verməyə çalışırdım... “Bilirsən, düzdür hər ikimiz “konser”də çıxış edəcəyik. Hətda duet belə olacaq. Ancaq çox istərdim ki, konserdə sən özün də “GİTAR”da ifa edəsən. Ümumiyyətlə sənə gitar yaraşar məncə. Heç ağlınnan keçməyib ki, gitarla məğul olsan?” – bu sözləri dedikdə, sanki gözümə çox istəkli, hətda bu dedikləri olsa özünü dünyanın ən xoşbəxti hiss edərdi kimi görünürdü. Ancaq mənə, “sən də gitara get” demədi. Bəlkə də dedikləri söhbət olsun deyə demişdi. Bəlkə də həqiqət istəmişdi. Ancaq “sən də gitara get” deməmişdi.

Uşaq yaşlarımdan incəsənətə, xüsusiylə də musiqiyə marağım çox böyük idi. Musiqinin pop-rock janrı məni özünə çox bağlamışdı. Hər zaman vakalist olmaq istəyirdim. Ancaq heç bir zaman hər hansısa bir alətdə, xüsusiylə də marağım olduğu gitar alətində ifa etmək barəsində heç düşünməmişdim. Bəs nə üçün? Musiqiyə bu qədər həvəs göstərən birisi, sevdiyi alətdə nə üçün ifa etməsin?! Bu sualı heç bir zaman düşünməmişdim. Ancaq sevdiyim qadın məni bu sualı düşünməyə və düşünməlkə bərabər etməyə vadar etdi. Bu da ona qarşı olan sevgimin bir göstərcəsi idi. Söhbətimizin sabahı günü, uzun müddətdir sosial şəbəkədən dostum olan gitarist oğlanla əlaqə saxladım. Gitar örgənmək istədiyimi dedim və həmin gündən etibarən başladım. Ancaq gitara başladığımı ona demədim. Bunu sürpriz etmək istəyirdim. Çox sevinəcəkdi. Sevincli olduğum an, kədər yenə də məni bir anın içində bürüdü. Mən söz verdim. Onunla varlığı olmayan sevgilimi tanış edəcəkdim. Uzun müddətdir tanıdığım və xətrini çox itədiyim bir qızı nəzərdə tutmuşdum bu yalanı dedikdə. Onun adını vermişdim. Onu da bu yalana alət etmişdim. Ancaq bu yalan barəsində heç bir şey danışmamışdım ona. Sevdiyimin, hətda canımı belə verəcəyim birisinin olduğunu bilirdi. Sevdiyim xanımın onu tanımaq istədiyini, ona dedim. Məmnuniyyətlə - dedi. Bəs, bəs axı mən həmin yalanı ona niyə açıb demədim. Bunu etməliydim, yoxsa yox? Axı o da məndən inciyə bilərdi. Nə olur olsa da, yenə də demədim..! Kiçicik bir yalan artıq getdikcə çox böyüyürdü. Artıq nə edəcəyimi bilmirdim. Hər şeyi öz axarına buraxmaq istəyirdim. Həmin vaxt gəldi. 3-müz birlikdə görüşüb söhbət etmək qərarına gəldik. Sevdiyim xanıma görüş vaxtımızdan 1 saat əvvəl gəlməsini, onunla 1 mövzuda vacib danışmaq istədiyimi dedim. Çünki artıq yalanı içimdə saxlaya bilmirdim. Belə bir insanla, hətda sevdiyim bir insanla artıq yalanla davam etmək istəmirdim. Razılaşdıq və görüş yerinə 1 saat tez gəldik. Oturub bir qədər söhbət etdikdən sonra, mənə vacib söz deyəcəkdin. Nəsə olub? – dedi. Bilirsən, mən bəlkə də düz etmirəm, ya bəlkə də heç ümumiyyətlə başdan düz etməmişəm. Ancaq nə etmişəmsə, sənə görə etmişəm - dedim. Nə etmisən? Nə səhv etmisən? – deyərək üzümə ciddi-ciddi baxdı. Hər şeyi olduğu kimi danışmaq istədiyim an, sanki nə isə məni danışmağa qoymadı. Axı mən bura onun üçün gəlmişəm. Biz 1 saat tez bunun üçün burdayıq. Nəyə görə deyə bilmirəm?- deyə qəribə olmuşdum. Onu itirmək qorxusu məni dəli edirdi düzdü. Amma yalan ilə də davam etmək istəmirdim axı. Sevdiyim qadınla yalan üzərində münasibət qurmaq istəmirdim. Ancaq nəyin bahasına olursa olsun, deyə bilmədim. Sadəcə olaraq bu sözləri ağlında saxla deyərək, söhbəti buradaca yekunlaşdırdım. Bir saatın tamamında sevdiyim xanımı tanış edəcəyim, yoldaşımız da gəldi. Tanışlıq baş tutduqdan sonra, əla gün keçirtdik. Ancaq bu günün də əla keçməsinə baxmayaraq, mənim bu günüm də yalanla keçmişdi. Mən səhv edirdim ya düz?! Bilmirəm. Bir tək onu bilirdim ki, itirmək istəmirdim. Günümüzü gözəl yol verib, hər birimiz evimizə getdik.

Artıq “konsert”ə 1 ay qalırdı. Bütün afişalar hazırlanmışdı. Konsertin tarixini belə, sırf onun istədiyi tarix seçmişdim. Günlərin birində, onu görmək üçün universitetdən çıxmasını gözləyirdim. Uzaqdan gəldiyini gördüm və qarşına tərəf getdim. Onu artıq uzun müddət idi ki tanıyırdım. Ancaq belə vəziyyətdə, onu ilk dəfə idi görürdüm. Sanki nəyə isə əsəbləşmiş, ancaq özünü belə göstərməməyə çalışırdı. Səbəbini sorduğumda, gedək, yol boyunca danışarıq – dedi. Yol boyunca nə isə danışmağını gözlədim, ancaq bir kəlimə belə etmədi. Sonda dözməyib mən soruşdum. Axı nə olub, niyə kefin yoxdur, səni heç vaxt belə görməmişəm – dedim. Üzümə baxaraq - heçnə, xahiş edirəm bu barədə heç bir şey soruşma – dedi. Axı niyə? Səni belə görmək istəmirəm sözümə, xahiş etdim deyərək başını aşağı saldı. Mən artıq başa düşmüşdüm. O bilirdi. Hər şeyi anlamışdı artıq. Onsuz yalanın ömrü uzun çəkmir deyirdilər. Evə tərəf getdikdə, bura qədər kifayətdir. xahiş edirəm daha gəlmə dedi. Bu sözləri heç vaxt deməmişdi mənə. Nə qədər təkid etsəm də, xahiş etdim, artıq gəlmə - dedi. Razılaşmağa məcbur oldum. Getmədim. Həmin gün evə belə getmək istəmirdim. Onu son yola saldığım yerdə iki saat yol boyu baxaraq qaldım. Sanki geri dönüb, nədənini deyəcəkmiş kimi. Bir tərəfdən çox əsəbləşmişdim. Bir tərəfdən də yalan dediyim üçün nə edəcəyimi bilmirdim. Yol boyunca baxdığım anda bir polis yaxınlaşdı mənə. İki saatdır sizi izləyirəm. Dayandığınız yerdən tərpənmirsiniz. Şüphəli gəldiniz – dedi. Əsəbi halda, qardaş sən də mənim yerimdə olsaydın həmin an, sən də şüphəli görükərdin; deyərək geri çönüb evə tərəf getmək istədim. Arxamca, neçə yaşın var? – dedi. 18-19 olsun tutaq ki. Amma yaşın nə önəmi var ki?! –deyərək yoluma davam etdim. Çox önəmi var. Bu yaşda belə sevmək, görməsəydim inandırıcı gəlməzdı mənə. Polis belə anlamışdısa, artıq o da bilirdi. Bəs mənə nə üçün heçnə demədi bu haqda? Mən ona nə vaxt dedim ki, o da desin. Nə etməli..! Hə hə, bildim! Bir zamanlar, mənə, heç vaxt səs küylə getməyi sevmirəm. Nə isə baş verdikdə, ortalıqdan sakitcə ayrılıram - demişdi. Ancaq nə olardı, bu səfər elə olmazdı.

Uzun zaman telefonuma cavab vermədi. Mesajlarıma cavab yazmadı. Yalnız “Sən mənə xəyanət etdin” – dedi. Mən bu sözlərə “Səni itimək qorxusu içində yaşamaq üçün susdum” belə deyə bilmədim. Çünki nə fayda ... Ən əsası o idi, həqiqətən də bu həyatda kiçicik belə olsa, heç bir şey yalana “DəYməZmiŞ”........

OXŞAR XƏBƏRLƏR