"Həqq məndədir” adlı konsert baş tutdu

MƏDƏNİYYƏT
15:45 25.12.2019
3942
Dekabrın 21-də "Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində” bəstəkar-müğənni Sevinc Ağasıyevanın "Nəsimi ili”nə həsr olunan "Həqq məndədir” adlı solo konserti baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, gecədə əməkdar artist, tarzən Şəhriyar İmanovun rəhbərlik etdiyi qrupun - musiqiçilər klavişdə Bəbir Bəbirli və Şükür Əliyevin müşayəti ilə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları ifa olunub. Həmçinin bədii qiraət ustası Xəzər Süleymanlının tədqimatında şairin qəzəlləri özünəməxsus şəkildə oxunub.

Tanınmış ziyalılar, nəsimişünaslar, incəsənət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ifalar audiotoriya tərəfindən böyük maraqla qarşılanıb.  
Tədbirdə həmçinin musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan "Etməgil” mahnısının klipi də təqdim olunub.

Sonda xalq artistləri Mehriban Zəki, Xalidə Quliyeva, Mədəniyyət.az jurnalının baş redaktoru Zöhrə Əliyeva və Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdemir çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. 
 

 

 

 


OXŞAR XƏBƏRLƏR