"Eurovision" təmsilçimiz Səmra Rəhimli peşəkar komanda ilə serial və ya filmə çəkilə biləcəyini deyib.
AZXEBER.COM xəbər verir ki, axşam.az-ın suallarını cavablandıran ifaçı fikirlərini belə izah edib:
"Yüksək səviyyədə, peşəkar bir film olsa, çəkilərəm. Hər adamla seriala çəkilmək istəmərəm, necə ki, bunu kliplərimdə edirəm.
Hansı ölkədə iş görməyimdən asılı olmayaraq, keyfiyyətin tərəfdarıyam. Ona görə də, hamının çəkiləcəyi serialda oynamaq istəmərəm".