Ötən gün görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günü idi.
AZXEBER.COM xəbər verir ki, o, yaşasa idi 73 yaşını qeyd edəcəkdi.
Aktyorun sənət dostu, Xalq artist Firəngiz Mütəllimova dostunu bu sözlər ilə yad edib:
"Sənətkar, bu gün sənin ad günündür. Yaşar, həmişə yaşar! Allah sənə rəhmət eləsin. Ruhun şad olsun. Hər an yanımda və qəlbimdəsən".
Xatırladaq ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə vəfat edib.
Aysel