Pərviz Mahmudov “Sığortasız sevgi”dən danışdı
“İfaçılıq bəstəkar kimi fəaliyyətimi azaltmayacaq. Çünki hər bir müğənninin səsinə uyğun mahnı yazıram. Yalnız öz səsim üçün məsləhət bildiyim bəstələrimi ifa edəcəm.” Bunu “AZXEBER.COM-a açıqlamasında istedadlı bəstəkar Pərviz Mahmudov dedi.
O, bir neçə gündür radio dalğalarında səslənən və maraqla qarşılanan “Sığortasız sevgi” mahnı haqqında fikirlərini bölüşdü. Lirik notlar üzərində yazılan “Sığortasız sevgi ” nağıllar kimi gözəl bitəcəyi şübhəli olan sevgidən bəh edir. Bəstəsi P.Mahmudova məxsus kompazisiyanın sözləri Leyli, aranjemanı Hakan Erola məxsusdur. P.Mahmudov müğənni kimi də çox görünmək deyil, yalnız mahnıları və səsinin tanınmasına çalışacağını əlavə etdi: “Bu, dostlarım Leyli və Hakan tərəfindən mənə bir hədiyyədir, sadəcə studiyaya girdim və oxudum. Bəstəkarlar adətən pərdəarxasında qalır, onların yalnız imzaları eşidilir və tanınır. Bəstəkarlğım kimi, ifaçılıqda da çox görünməyəcəm. yalnız imzam və səsimlə maraq dairəsində olmaq istəyirəm. Sadəcə sevdiyim və başqa müğənnilərin ifasında görə bilməyəcəyim mahnılarımı ifa edəcəm.” O, əgər başqa müəlliflərin çox gözəl və onun ürəyinə, ruhuna yaxın mahnılar olarsa böyük məmnuniyyətlə ifa edəcəyini vurğuladı: “Mütəmadi olaraq oxuyub-oxumayacağımı dəqiq deyə bilmərəm. Ürəyim istəsə bunu edəcəyəm. Çünki hər zaman oxumaq imkanım olub. Hər halda ifaçılıq sənətini də bəstəkarlıq qədər sevirəm və hötmətlə yanaşıram.”
“Sığortasız sevgi ” mahnısını dinləyin: