"Hər daş atana fikir verməyin" - Mənsum İbrahimov

"Hər daş atana fikir verməyin" - Mənsum İbrahimov
MAQAZİN
14:41 15.12.2025
112
"Cavan vaxtlarımda insanları yaxşı tanımadığım üçün heyfislənirdim. Amma indi hamını olduğu kimi qəbul edirəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.
 
"Tarixin bir günü" verilişində qonaq olan xanəndə tələbələrinə verdiyi nəsihətdən danışıb:
 
"Mən insanları olduğu kimi qəbul edirəm. Hz. Əliyə deyiblər ki, "Ən çox pisliyi kimdən gözləyirsən?" O da cavab verib ki, "Yaxşılıq etdiyim insanlardan". Kimin genində pislik etmək varsa, edəcək. Onlardan da incimirəm.
 
Hər zaman tələbələrimə də deyirəm ki, hər daş atana fikir verməyin, bacarığınızdan da aşağı səviyyədə danışın. Gücünüz nəyə çatırsa, efirlərdə o qədər danışın, böyük-böyük sözlər işlətməyin. Biz də ustadlarımızın yanında belə olmuşuq. Efirdə yayılıb oturub, sənətkara söz demək olmaz. O haqqı qazanmaq lazımdır. Onu da sənə xalq verir. Bu halda çıxıb kiməsə, nəsə deyə bilərsən".
 
Aysel
OXŞAR XƏBƏRLƏR