Zəngilanın Ağalı kənd sakini Etibar Hüseynov namaz vaxtlarında səs sistemini quraraq hər gün Azan oxuyur.
AZXEBER.COM xəbər verir ki, o, kənddə məscid olmadığından kənddə yas düşəndə təmannasız dualar, Quran oxuyur.
Yaxınlarının sözlərinə görə, bu, onun arzusu olub.
Etibar Hüseynov hər zaman bu arzu ilə yaşayıb. Deyib ki, torpaqlar alınsın orada hər gün Azan, şəhidlərimizin ruhuna dualar oxuyacam.
Etibar Hüseynov özəl günlərdə tədbirlərdə də açılışı Xudayarın təsnifi ilə açır.
Həmin görüntüləri təqdim edirik:
Ayşən